Yanacaq daşıyan maşın minik avtomobili ilə toqquşdu: 14 ölü, 11 yaralı

19:42 - 29 Sentyabr 2016 - HADİSƏ

İranın Sarvan-Xaş magistral yolunda yanacaq daşıyan yük maşını ilə “Toyota” markalı minik avtomobili toqquşub. Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, avtomobillərin toqquşması nəticəsində avtomobillərin sürücüləri yanaraq hadisə yerində ölüblər. “Toyota” tipli avtomobilin qanunsuz yolla İrana keçən Əfqanıstan vətəndaşlarını daşıdığı açıqlanıb.

Əfqanıstan vətəndaşlarından  5 nəfər hadisə yerində 7 nəfər isə xəstəxanaya aparılarkən yolda həyatını itirib. Hadisə nəticəsində 11 nəfərin isə xəsarət aldığı bildirilir. Onlar Xaş və Sarvan şəhər xəstəxanalarına çatdırılıb. Sarvan şəhəri  İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərinin  347 kilometr cənub şərqində Pakistanla sərhəddə yerləşir.


Xəbər xətti