Sumqayıtda DƏHŞƏT: 2 fəhlə 5-ci mərtəbədən yıxıldı

15:12 - 29 Sentyabr 2016 - HADİSƏ

Sumqayıtda iki fəhlə 5-ci mərtəbədən yıxılıb. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, Ağsu rayon sakini İsmət Musayev və Ağcabədi rayon sakini Murad Əliyev 5 mərtəbəli binanın damında təmir işləri apararkən yıxılıblar. İ. Musayev hadisə yerində ölüb, M. Əliyev isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.  

Xəbər xətti