Azərbaycanda axtarışda olan şəxs tutulub. Bu barədə “Report”a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olduğuna görə tutulan Ağa Sayılovun ətrafında aparılan əməliyyat tədbirləri zamanı onun Sabirabad rayonu ərazisində, Beyləqan sakini 56 yaşlı Sabir Cəfərova hədə-qorxu gələrək 5000 manat pul aldığı müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.