Səhər saatlarında paytaxtda avtobus qəzası baş verib. Bu barədə jurnalist Zülfiyyə Quluyeva sosial şəbəkədə yazıb. O bildirib ki, “Shacman” markalı kamaz Gənclik- Binəqədi istiqamətində hərəkət edən 133 saylı marşruta çırpılıb: “Binəqədi şossesi suyun içindədir. Ona görə də avtomobillər yavaş gedir. Qəzaya yolboyu yaranmış tıxac səbəb oldu”.