Sərnişin avtobusu qəzaya uğrayıb - Bakıda

11:47 - 29 Sentyabr 2016 - HADİSƏ

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. Ucnoqta.az xəbər verir ki, hadisə Heydər Əliyev Beynəlxalq  Aeroportuna gedən yolda, Bakı Olimpiya Stadionunun yaxınlığında qeydə alınıb. Məlumata görə, yüksək sürətlə hərəkət edən avtobus yoldan çıxaraq maneəyə dəyib. Hadisə nəticəsində avtobusa ciddi ziyan dəyib, ön şüşəsi sınıb.

Avtobusda sərnişinlərin olub-olmadığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti