Nikaraquada baş vermiş güclü zəlzələ nəticəsində 1 nəfər həlak olub.
Ucnoqta.az "La Prensa" portalına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ölkə hökumətinin rəsmisi Rosario Murilyo xəbər verib.
Məlumata görə, təbii fəlakət zamanı ölən şəxs qadındır. O, Naqarore şəhərində yeraltı təkanlar zamanı dünyasını dəyişib.
Təbii fəlakət zamanı həmçinin Leon departamentində 11 nəfər xəsarət alıb.