Yollarda sıxlıq yaranıb - Bakıda

10:44 - 28 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Bu gün səhər saatlarından Bakıda bir neçə istiqamətdə nəqliyyat vasitələrinin sıxlığı yaranıb. Bu barədə Ucnoqta.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Məlumata görə, hazırda Yusif Səfərov küçəsi (Mərkəzi Neftçilər xəstəxanasının qarşısı), Üzeyir Hacıbəyov küçəsi (Cavanşir körpüsünə doğru), Tbilisi prospekti (20 Yanvar dairəsi istiqamətində), Afiyəddin Cəlilov küçəsi, habelə Koroğlu Rəhimov küçəsi (Odlar Yurdu Universiteti istiqamətində), Ziya Bünyadov prospekti (nisbi sıxlıq, Çermet körpüsü istiqamətində), eləcə də Abdulvahab Salamzadə küçəsi (Qəbələ dairəsi istiqamətində), Əhməd Ağaoğlu küçəsi, Ş.İ. Xətai prospekti (Təhsil Nazirliyi istiqaməti) və Mətbuat prospektində avtomobillərin sıxlığı müşahidə edilir.

Xəbər xətti