Beynəlxalq teatr tənqidçiləri Assosiasiyasının Azərbaycan bölməsinin Sədri Məryəm Əlizadə və Assosiasiyanın üzvü İsrafil İsrafilov Belqradda işgüzar səfərdədirlər. Azərbaycanlı teatrşünaslar Serbiyanın paytaxtında keçirilən Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının 28-ci konqresində iştirak etmək üçün dəvət alıblar.
25 sentyabr-2 oktyabrtarixlərində keçiriləcək tədbirdə 70-dən çox ölkədən teatrşünaslar iştirak edəcək. Konqres çərçivəsində dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş teatrşünasların iştirakı ilə “Yenilik və Qlobal Teatr: Kommersiya və Mədəni tələbat arasında mövzusunda”beynəlxalq simfozium keçiriləcək.