Beynəlxalq Qırmızı Xaçın Cəmiyyətinin təyyarəsi İndoneziyada sərt eniş edib

09:41 - 26 Sentyabr 2016 - HADİSƏ

İndoneziya Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə məxsus təyyarə paytaxt Cakartanın beynəlxalq hava limanına sərt eniş edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Detik" portalı xəbər yayıb.
Məlumata görə, eniş zamanı biri Fransa vətəndaşı olmaqla, təyyarənin göyərtəsində 8 nəfər olub. Onlardan heç birinin xəsarət almayıb. 
Hadisənin ekipaj üzvlərinin Yava adasının Cokyakarta şəhərindəki xəstələrin təxliyə etdiyi zaman baş verdiyi qeyd olunur. "Bombardier Learjet 31" təyyarəsi eniş zamanı uçuş-enmə zolağından kənara çıxıb.
Hadisəyə güclü yağışın səbəb olduğu bildirilir. 

Xəbər xətti