Meksikadakı klinikalardan birində 6 nəfərin cəsədi aşkarlanıb. "Report" "Riodoce" portalına istinadən xəbər verir ki, hadisə Sinaloa ştatının Masatlan şəhərində qeydə alınıb. Məlumata görə, cəsədlər naməlum şəxslər tərəfindən klinika binasının arxa hissəsinə, təcili yardım maşınlarının olduğu yerə atılıb.
Cəsədlər böyük torbanın içinə yığılıb. Öldürülənlər arasında 1 qadın da var.
Sinaloa ştatı son illər çoxsaylı cinayətlərin baş verdiyi ərazi kimi tanınır.