"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Fiorentina" İtaliya A Seriyasında növbəti matçına çıxıb.
Ucnoqta.az xəbər verir ki, VI turun qarşılaşmasında rəqib "İnter" olub.
Florensiyadakı "Artemio Franki" stadionunda keçirilən qarşılaşma qolsuz tamamlanıb - 0:0. 70-ci dəqiqədə "bənövşəyilər" penaltidən yararlana bilməyib. Yosip İliçiçin zərbəsi dəqiq olmayıb. Bu nəticədən sonra "Milan" 10 xalla 4 - 8-ci, "Fiorentina" 8 xalla 10 - 12-ci yerləri bölüşür. Amma florensiyalıların ehtiyatda təxirə salınmış bir oyunu var.
Qeyd edək ki, sentyabrın 29-da keçiriləcək "Fiorentina" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.