Çinin cənub-qərbində yerləşən Sıçuan əyalətində 5,1 bal gücündə zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə cümə günü Çinin Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar Bakı vaxtı ilə 02:23-də qeydə alınıb. Təbii hadisənin episentri Tibet muxtar dairəsinin Litanq Qardze qəzasına düşüb, ocağı isə 16 km. dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur.