Salyan şəhərində 29 yaşlı gənc qətlə yetirilib. “Report” xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin Elçin İmanov küçəsində qeydə alınıb.
Belə ki, Salyan şəhəri, E.İmanov küçəsi, ev 18 ünvanında yaşayan Nizami Müqabil oğlu Rzayev Ədalət adlı şəxs tərəfindən bıçaqlanıb. Bədəninin müxtəlif nahiyələrindən 5 bıçaq yarası alan yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. N.Rzayev əməliyyata alınsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Fakta bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.