"Avropaya qaz nəql edənədək Azərbaycan tam qazlaşdırılacaq". "APA-Economics" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib."Bu işlər müvafiq dövlət proqramı çərçivəsində həyata keçirilir. Bu proqramın icrası ölkə başçısının xüsusi nəzarəti altında reallaşdırılır. Mütəmadi olaraq görülən işlər barədə prezidentə hesabat verilir", - deyə R. Abdullayev qeyd edib.O əlavə edib ki, SOCAR qazlaşdırma işlər ilə bağlı kifayət qədər böyük həcmdə iş görüb: "Bəzi rəqəmləri diqqətinizə çatdırmaq istəyirəm. 2010-cu ildə aktiv abonentlərin sayı 780 minə yaxın olduğu halda, bu gün 1 milyon 980 minə yaxındır. Bu isə o deməkdir ki, təsərrüfat subyektlərinin 92%-ə qədəri qazlaşdırılıb. Bu gün bu sahədən bizim böyük gəlirimiz yoxdur".