Şəkidə azyaşlını maşın vurub

14:11 - 22 Sentyabr 2016 - HADİSƏ

 Şəki rayonundə yolu keçmək istəyən azyaşlını maşın vurub. Hadisə rayonun Qoxmuq kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 2008-ci il təvəllüdlü Günel Mübariz qızı Sabirova yolu keçmək istəyərkən hərəkətdə olan minik avtomobili onu vurub.
Yaralı dərhal təcili tibbi yardım maşını ilə Şəki Mərkəzi Rayon xəstəxanasına aparılıb. Xəstəxanadan "Report"a verilən məlumata görə, zərərçəkmiş ağır kəllə-beyin travması alıb. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir 
Faktla bağlı araşdırma aparılır. report

Xəbər xətti