Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb. Fonddan verilən məlumata görə, bundan 61,4 milyon ABŞ dolları məbləğində vəsait 19 banka satılıb.
Qurumun açıqlamasında deyilir ki, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.