Azərbaycan güləşçisi Makedoniyanın paytaxtı Skopyedə hərbçilər arasında keçirilən güləş üzrə 31-ci dünya çempionatının ilk günündə qızıl medal qazanıb.
"Report" xəbər verir ki, 65 kq. çəki dərəcəsində çıxış edən Ağahüseyin Mustafayev finalda Cənubi Koreya idmançısı Gvanq Kin ilə qarşılaşıb.
Sonda güləşçimiz rəqibini 8:5 hesabı ilə yenərək dünya çempionu adına layiq görülüb.
Finala yüksələn digər güləşçimiz Coşqun Əzimov (70 kq) Rusiya idmançısı Maqomed Kurbanliyevə məğlub olub.