"Nüsra cəbhəsi" terror qruplaşmasının yaraqlıları bu gün səhər saatlarında Suriyanın Hələb şəhərinin Şeyx Maqsud məhəlləsi istiqamətində hücuma keçiblər.
Bu barədə Rusiyanın Suriyada Müharibə Tərəflərinin Barışdırılması Mərkəzi məlumat yayıb.
"Sentyabrın 20-si səhər təqribən 5 radələrində "Nüsra cəbhəsi" terrorçuları artilleriya atəşindən sonra Hələbin şimalındakı Muxaim-Xandratna rayonundan Şeyx Maqsud məhəlləsi istiqamətində hücuma keçiblər", - deyə məlumatda bildirilir.
"Terrorçular şiddətli döyüşlər nəticəsində hökumət qoşunları və könüllü dəstələri Əl-Şkeyf məhəlləsinin cənub dairəsindən çıxararaq, "Kastello" yolunun təqribən 1 km. uzunluğunda olan hissəsini müvəqqəti nəzarətləri altında götürməyə müvəffəq olublar", - deyə Mərkəz məlumat yayıb.