Bu barədəBMT-də keçirilən kütləvi miqrasiya problemləri üzrə forumda vəliəhd şahzadə Məhəmməd ibn Naif Əs-Səud məlumat verib.
"Səudiyyə Ərəbistanı böhran başlayandan 2,5 milyon suriyalını qəbul edib, onlara rahat işləmək və yaşamaq imkanı verib", - deyə Səudiyyə monarxının vəliəhdi bildirib.
"Ər-Riyad 141 min suriyalı məktəbliyə pulsuz oxumaq imkanı yaradıb və qonşu ölkələrdə milyonlarla suriyalıya yardım göstərib", - deyə o əlavə edib.