Türkiyənin məşhur aktyoru vəfat edib

11:15 - 16 Sentyabr 2016 - MAQAZİN

Türkiyənin məşhur aktyoru, "Yakışıklı" kimi də tanınan Tarık Akan vəfat edib.

Ucnoqta.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, onun sentyabrın 16-da vəfat etməsi haqda məlumatı Nazim Hikmət adına Mədəniyyət və İncəsənət Fondu da təsdiqləyib.

Qeyd edək ki, Tarık Akanı Azərbaycan da, sənətsevərlər də yaxşı tanıyır.

O, 1949-cu il dekabrın 13-də İstanbulda dünyaya gəlib. Ailədə üç övladdan ən kiçiyi olub. Atası Yaşar Akan hərbçi kimi ölkənin bir çox bölgələrində xidmət edib.

Tarık Akan ilk dəfə 1971-ci ildə "Solan bir yarpaq kimi" filminə çəkilib.

O, ümumilikdə 111 bədii filmə və 4 seriala çəkilib. Tarık Akan 1973-2002-ci illərdə 12 müxtəlif mükafata layiq görülüb. 


Xəbər xətti