“Bu gün Azərbaycan turizm sənayesi inkişaf yolundadır”.
Bu sözləri Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Bilik günü” münasibətilə Azərbaycan Turizm və Menecment Universitetində keçirilən tədbirdə deyib.
“Turizm sənayesində 50 mindən artıq insan çalışır. Bu, hələ başlanğıcdır. Bu ildən etibarən prezident İlham Əliyevin sərəncamı ilə turizm işçilərinin peşə bayramı qeyd olunacaq. Bu, böyük hadisədir. Çünki turizm peşəsi ölkəmizdə özünəməxsus yer tutur”, - deyə nazir çıxışında qeyd edib.