Bakının işğalçı erməni daşnaklarından azad olunmasının 98 illiyi münasibəti ilə Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları paytaxtımızdakı türk şəhid-əsgərlərin abidəsini ziyarət ediblər.
"Report" xəbər verir ki, Türkiyənin Azərbaycandakı müvəqqəti işlər vəkili Meral Barlas abidə önünə əklil, türk əsgərlərinin məzarları üstünə isə gül dəstəsi qoyub. Bundan sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardından M.Barlas xatirə kitabında qeydlərini edib. Çıxışı zamanı xanım diplomat bildirib ki, bu mübarizədə canlarından keçənlər Azərbaycan və Türkiyə arasında möhkəm əlaqələrin əsasını qoyub. Onun sözlərinə görə, növbəti nəsil də "bir millət, iki dövlət" siyasətini davam etdirəcək.