Cümə axşamı Şərqi Çin əyaləti Futszyan sahillərində "Meranti" qasırğası baş qaldırıb.
Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Məlumata görə, təbii fəlakət, əsasən Syamen şəhərinə ziyan vurub.
Qasırğanın episentrində küləyin sürəti saniyədə 48 metrə çatır. Meteoroloqlar təbii fəlakətin Çjetszyan və Quandun əyalətlərində də baş verə biləcəyi barədə xəbərdarlıq edib.