Baş prokuror Zakir Qaralovun sentyabrın 23-də Beyləqan, İmişli, Ağcabədi, Tərtər, Ağdam, Füzuli və Laçın rayonlarında yaşayan vətəndaşlarla nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Qəbulun keçiriləcəyi tarixlə bağlı əlavə məlumat veriləcək.
Həmin tarixdə Baş prokuror saat 10:00-da Şirvan şəhər prokurorluğunun inzibati binasında Şirvan, Hacıqabul, Saatlı, Sabirabad və Salyan rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.