Ukrayna və Gürcüstan hökumətinin nümayəndələri çərşənbə axşamı, sentyabrın 13-də iki ölkə limanları vasitəsi ilə birbaşa beynəlxalq dəmir yolu əlaqəsinə dair razılıq əldə ediblər.
"Report" xəbər verir ki, bu barədə saziş Batumidə keçirilən Beynəlxalq Dəniz Forumu çərçivəsində imzalanıb.
Ukraynanın İnfrastruktur Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu, Ukrayna, Qazaxıstan, Gürcüstan və Azərbaycanı Böyük İpək yolunda birləşdirməyə imkan verəcək mühüm sənəddir.