Özbəkistanda prezident seçkiləri dekabrın 4-də keçiriləcək

14:45 - 9 Sentyabr 2016 - DÜNYA

 Özbəkistanda prezident seçkiləri dekabr ayının 4-də keçiriləcək. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Özbəkistanın Mərkəzi seçki komissiyasından bildiriblər.  Ölkənin baş naziri Şavkat Mirziyayev müvəqqəti olaraq prezident vəzifəsini icra edir.
Qeyd edək ki, insult səbəbindən vəfat edən Özbəkistanın ilk prezidenti İslam Kərimov sentyabrın 3-də Səmərqənddə dəfn olunub.

Xəbər xətti