Şimali Koreya növbəti nüvə sınağını həyata keçirib. XəzərXəbər “Koreya mərkəzi teleqraf agentliyi”nə istinadən xəbər verir ki, bu barədə məlumatı KXDR rəsmən elan edib. Agentlik təsdiqləyib ki, nüvə başlıqları ölkənin Silahlı Qüvvələrinin ballistik raketlərinə quraşdırıla bilər. Məlumatda qeyd olunur ki, KXDR bundan sonra da nüvə sınaqları həyata keçirəcək: “KXDR bundan sonra da milli nüvə qüvvələrinin kəmiyyət və keyfiyyət cəhətdən möhkəmlədirilməsi istiqamətində tədbirlər görməyə davam edəcək. Bu, ABŞ tərəfdən nüvə təhlükəsinin getdikcə artması şəraitində ölkənin mövcudluğuna haqq təmin etmək məqsədi daşıyır”.
Qeyd edək ki, Cənubi Koreyanın Müdafiə Nazirliyi Şimali Koreyanın tarixi ərzində ən güclü nüvə bombasını sınaqdan keçirdiyini bildirib.
Xatırladaq ki, KXDR indiyə qədər 4 nüvə sınağı həyata keçirib: 2006, 2009, 2013 və 2016-cı ilin yanvarında.