Türkiyə ordusu Suriyanın şimalında dörd yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.
Bu barədə cümə axşamı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
İdarənin məlumatında qoşunların Kantara, Əs-Sehid, Əl-Xumran və Taşlıquyuk yaşayış məntəqələrinə daxil olduğu bildirilir. İŞİD terror qruplaşmasının yaraqlıları bu yaşayış məntəqələrindən çıxarılıb.