Müdafiə sənayesi naziri Yavər Camalov İranın Azərbaycandakı səfiri Möhsün Pakayini qəbul edib. Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, Y. Camalov Azərbaycan və İran arasında ikitərəfli münasibətləri yüksək qiymətləndirib və bir çox sahələri əhatə edən mövcud əlaqələrin daha da inkişaf edəcəyini əminliklə vurğulayıb. O, Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı səfirə məlumat verib.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Səfir Möhsün Pakayin səmimi qəbula görə minnətdarlığını bildirib.
Görüşdə İranın Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi, polkovnik Əli Seyfi də iştirak edib.