Vəsait Zaqatala-Balakən regionunun sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq və bölgəyə turist axınını artıracaq.
Almaniya hökuməti Zaqatala-Balakən regionunda mühafizə olunan ərazilərin dəstəklənməsi layihəsi çərçivəsində Azərbaycana 4 milyon avro məbləğində qrant ayıracaq.
“İnterfax” agentliyi xəbər verir ki, bununla bağlı müvafiq sazişi Maliyyə naziri Samir Şərifov, Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Almaniya İnkişaf Bankının (“KfW”) Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Eva Vitt imzalayıblar.
Layihənin ümumi dəyəri 4,5 milyon avrodur ki, bunun da 4 milyon avroluq hissəsi qrant hesabına maliyyələşdiriləcək. Layihənin reallaşdırılma müddəti 2016-2019-cu illəri əhatə edir.
H.Bağırov bildirib ki, ayrılan maliyyə vəsaiti hesabı Zaqatala dövlət qoruğunun ətrafında yerləşən kəndlərin və ümumilikdə regionun iqtisadi inkişafına böyük təkan verəcək. Belə ki, layihənin reallaşdırılması hesabına qeyd edilən regiona turist axını artacaq.