ABŞ Suriyada razılaşma ilə bağlı Rusiyaya sonuncu təklifini irəli sürüb. “The Washington Post” xəbər verir ki, rəsmi Vaşinqton Moskvadan cavab gözləyir.
Məlumata əsasən ABŞ-ın təklifində Suriyada bütün ölkə ərazisində atəşkəsin elan edilməsi, humanitar dəhlizin yaradılması, Suriya aviasiyasının uçuşlarının dayandırılması, həmçinin terrorçuların mövqelərinə Rusiya-ABŞ birgə hava zərbələrinin endirilməsi nəzərdə tutulur.
Rusiyanın rədd cavabı verəcəyi təqdirdə, Vaşinqtonun hansı addımı atacağı bilinmir.
Qeyd edək ki, sentyabrın 5-də G20 sammiti çərçivəsində Çində Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Barak Obama arasında görüş keçirilib.