Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Təqsirləndirilən şəxsin vəkili Bəhruz Bayramovun veridyi məlumata görə, onlar məhkəmədən son söz üçün bir həftə vaxt istəyiblər. Məhkəmə vəsatəti qismən təmin edərək onlara 5 saat vaxt verib. Proses günün ikinci yarısı davam etdiriləcək.
Xatırladaq ki, prokuror çıxış edərək məhkəmədən R. Səfərova 10 il həbs cəzası verilməsini istəyib.
Qeyd edək ki, bu il yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.
Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.