Bu gün 42-ci Ümumdünya Şahmat Olimpiadasında III turun görüşləri keçiriləcək

09:49 - 4 Sentyabr 2016 - Xəbər

 Bu gün 42-ci Ümumdünya Şahmat Olimpiadasında III turun görüşləri keçiriləcək. Azərbaycan komandalarını yenə fərqli rəqiblər gözləyir. Kişilərin mübarizəsində Azərbaycan1 Macarıstanla, Azərbaycan2 Hindistanla, Azərbaycan3 Livanla üz-üzə gələcək. 2 turdan sonra Azərbaycan1 4 xalla 2-ci, eyni xala malik Azərbaycan2 20-ci, 2 xalı olan Azərbaycan3 74-cü pillədə qərarlaşıb.

Qadınların mübarizəsində rəqiblər müvafiq olaraq, Polşa, Almaniya və Qırğızıstandır. 2 turdan sonra Azərbaycan1 4 xalla 19-cu, eyni xala malik Azərbaycan2 28-ci, 2 xalı olan Azərbaycan3 41-ci yerdə gedir.
Qeyd edək ki, III turun bütün görüşləri saat 15:00-da başlanacaq.report

Xəbər xətti