Prezident İlham Əliyev Salyanda

16:03 - 3 Sentyabr 2016 - Xəbər

 Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 3-də Biləsuvar rayonuna səfərini başa çatdıraraq Salyan rayonuna gəlib.
"Report"un məlumatına görə, dövlət başçısı əvvəlcə Salyan şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov abidənin ətrafında və rayonda görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verib.


Xəbər xətti