Prezident Biləsuvarda avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib- FOTOLAR

15:30 - 3 Sentyabr 2016 - Xəbər

Sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Biləsuvar rayonuna səfəri çərçivəsində uzunluğu 6 kilometr olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib.
Dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verildi.
Sonra Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.


Xəbər xətti