Türkiyənin baş naziri Binəli Yıldırım Özbəkistan prezidenti İslam Kərimovun vəfatı ilə əlaqədar başsağlığı verib.AzVision.az RİA Novosti-ə istinadən xəbər verir ki, baş nazir bu barədə Türkiyə telekanallarına müsahibəsində bildirib.Yıldırım Özbəkistan prezidentinin ölümü haqqında məlumatı haradan aldığını qeyd etməyib: "Özbəkistan prezidenti İslam Kərimov vəfat edib. Allah ona rəhmət eləsin. Türkiyə Respublikası adından Özbəkistan xalqına dərin hüznlə başsağlığı verirəm".
Qeyd edək ki, İslam Kərimovun ölüm xəbəri haqda hələki rəsmi məlumat açıqlanmayıb.