2016-2017-ci dərs ilində Bakı şəhəri üzrə I sinfə 48 minə yaxın uşağın qəbul olunacağı gözlənilir. Ən son məlumata əsasən, mektebeqebul.edu.az saytı vasitəsilə 45742 nəfər valideyn məktəb, lisey və gimnaziyalara sorğu yerləşdirib.
Bakı Şəhər Təhsil İdarəsindən verilən məlumata görə, onlardan 42892 nəfəri övladlarının təhsil alması üçün ümumtəhsil məktəblərini, 2850 nəfəri isə lisey və gimnaziyaları seçib.
Qeyd edək ki, məktəblərdə I sinfə qəbul prosesi sentyabr ayının 15-i yekunlaşacaq.
Uşaqlarının I sinfə qəbulu üçün qeydiyyatdan keçməkdə gecikmiş valideynlər isə oktyabr ayının 15-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ərizə ilə müraciət edə biləcəklər.
Xatırladaq ki, təhsil nazirinin müvafiq əmrinə əsasən, 2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi prosesinə 1 mart 2016-cı il tarixdən başlanılıb.