"Son günlər ölkədə müşahidə olunan leysan yağışlar sürüşmələrə qismən təsir edə bilər". Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə bildirib ki, hazırda sürüşmə sahələrində nisbi fəallıq var, ancaq proses hələlik mövsümü deyil. Süxurların doyma həddinə çatmadığını deyən E.Əlizadə qeyd edib ki, ona görə də sürüşmələr təhlükə törədəcək vəziyyətə çatmayıb: “Azərbaycanın sürüşmə zonalarında nisbi fəallaşma var. Sürüşmələrin təhlükə törədəcək həddə çatması üçün uzunmüddətli yağışlar lazımdır. Bu yağıntılar sürüşmələrə qismən təsir edə bilər, ancaq yağış mövsümündən sonra süxurlar doyanda sürüşmələr artacaq. Hələlik ən böyük təhlükələr sellərdən gözlənilir, sürüşmələrdə nisbi fəallıqdır”.