Xaçmazda bir kəndi su basıb

11:32 - 2 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Ötən gün axşam saatlarında şimal bölgəsində yağan yağış nəticəsində çaylarda suyun səviyyəsi artıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qudyalçayda suyun səviyyəsinin artması nəticəsində rayonun Qarğalıq kəndini su basıb. 

Qarabağlı kəndində də yaşayış evlərinə su dolub. Əraziyə rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri gəlib. Dəyən ziyanın aradan qaldırılması və araşdırılması işləri görülür.
Niyazabad kəndində də bir yaşayış evinə su dolub.

Xəbər xətti