Ölkədə turizm məktəbləri açılacaq

11:31 - 2 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Azərbaycanda Mədəniyyət və Turizm və Təhsil nazirlikləri birgə turizm və rekreasiya zonalarında turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri) yaradacaq.

Bu barədə Prezident İlham Əliyevin turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncamında əks olunub. 
Sənədə əsasən, yeni il peşə-ixtisas təhsil müəssisələri Turizm və Menecment Universitetinin nəzdində təşkil ediləcək.
Prezident bu məqsədlə müvafiq torpaq sahəsinin və əmlakın ayrılması ilə bağlı tədbirlərin görülməsi ilə bağlı adiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verib.

Xəbər xətti