Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasına start verilib. Yarışda Azərbaycanın kişi və qadınlardan ibarət hərəyə 3 komandası mübarizə aparır.
Kişilərdən ibarət komanda üzvlərindən ilk ikisi ağ fiqurlarla Zimbabve və Mozambiklə, üçüncüsü isə qara fiqurlarla Papua Yeni Qvineya ilə üz-üzə gələcək. Qara fiqurlarla oynayacaq qadın milliləri isə Nikaraqua, Yaponiya və Lesotoya rəqib olublar.
Bakı Kristal Zalında keçiriləcək görüşlərə saat 15:00-da start veriləcək.