160 min manatlıq dələduzluq edilib - Bakıda

11:13 - 2 Sentyabr 2016 - HADİSƏ

Bakıda daha bir dələduzluq hadisəsi qeydə alınıb. Bakı şəhər sakini 1971-ci il təvəllüdlü Emin Abbasov hüquq-mühafizə orqanlarına müraciət edərək cari ilin iyul ayında Çingiz adlı şəxsin ondan 160 min manat aldığını bildirib.

E.Abbasov ərizəsində qeyd edib ki, həmin şəxs ondan pulu torpaq sahəsini özəlləşdirmək adı ilə alıb, lakin dediyinə əməl etməyib.
Faktla bağlı səlahiyyətli orqanlar tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilir.

Xəbər xətti