Qazaxıstan prezidenti Nursultan Nazarbayev sentyabrın 3-də Özbəkistana səfər etməyi planlaşdırır. Bu barədə "Reuters" xəbər verir. Daha əvvəl "Fərqanə" informasiya agentliyi Səmərqənddə Özbəkistan prezidenti İslam Kərimovun dəfn edilməsi üçün mümkün hazırlıq barədə məlumat yayıb. Agentliyin mənbəsinə istinadən verdiyi xəbərdə bildirilib ki, ölkə prezidentinin ölümü barədə məlumat sentyabrın 2-də elan olunacaq, dəfn mərasimi isə sentyabrın 3-də keçiriləcək. Lakin informasiya Özbəkistan rəsmiləri tərəfindən təsdiq edilməyib.
Bir sıra KİV isə Özbəkistan baş naziri Şavkat Mirziyayevin artıq Səmərqənddə olduğunu yazıb.