Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağdam rayonunda aşkar olunmuş partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.
Agentlikdən verilən məlumata görə, ötən gün rayonun Əfətli kəndində 1 ev və həyətyanı sahə, 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamış 9M22U - Qrad raketinin qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 2 500 kv.m ərazi yoxlanılıb.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 01 sentyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində 644 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 476 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 31 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.