Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya və Türkiyə parlamentariləri və hökumət üzvləri arasında futbol matçı keçirməyi təklif edib.
Trend-in "Haber7" qəzetinə istinadən verdiyi məlumata görə, M. Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı bu təkliflə çıxış edib.