Respublikaçı miqrasiya və gömrük xidmətlərinin əməkdaşlarının sayını azaltmağı vəd edib.
ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd Donald Tramp prezident olduğu halda, ABŞ-da qanunsuz mühacirlərin deportasiyası üçün xüsusi bölüklər yaratmaq niyyətindən danışıb.
“USA Today” xəbər verir ki, bu barədə o, Arizona ştatında Fenniks şəhərində çıxışı zamanı bildirib. “Mən deportasiya üzrə xüsusi qrup yaratmağa hazırlaşıram, bu qrup Amerikada Hillari Klinton kimi ədalət məhkəməsindən yayınan, xüsusi təhlükəli kriminal mühacirlərin müəyyən edilməsi və deportasiyası ilə məşğul olacaq”, - Tramp bəyan edib.
Bundan başqa respublikaçı miqrasiya və gömrük xidmətlərinin əməkdaşlarının sayını azaltmağı vəd edib. O, həmçinin xarici vətəndaşlara viza verilmə prosedurunun sərtləşdirilməsini təklif edib.