Bağlanan bankın əmanətçi və borclularına müraciət edildi

16:46 - 1 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Atrabank” ASC-nin filial əmanətçilərinin və borc öhdəliyi olan fiziki və hüquqi şəxslərə müraciət edib.

Ucnoqta.az-a Fonddan verilən məlumata görə, müraciətdə bildirilir:
“Sentyabrın 5-dən etibarən ləğv prosesində olan “Atrabank” ASC-nin filial əmanətçiləri və borc öhdəliyi olan fiziki və hüquqi şəxsləri ləğv prosesində olan bankın Bakı şəhəri, Rəşid Behbudov 77 ünvanında yerləşən baş ofisinə müraciət etsinlər”.

Xəbər xətti