Məşhur braziliyalı Formula-1 pilotu karyerasını başa vurub

16:43 - 1 Sentyabr 2016 - İDMAN

Məşhur braziliyalı Formula-1 pilotu Felipe Massa mövsüm sonunda karyerasını başa vuracağını bəyan edib.

Formula-1-in rəsmi saytı xəbər verir ki, hazırda "Williams" komandasını təmsil edən braziliyalı pilot komandası ilə yeni razılaşma əldə edə bilmədiyindən bu bəyanatı verib.
Ümumiyyətlə, Felipe Massa 2002-ci ildən Formula-1 yarışlarında mübarizə aparır. O, Qran Pri yarışlarında 11 dəfə qalib olub və 2008-ci ildə Formula-1 üzrə dünya çempionatında çempion Lüis Hemiltondan cəmi 1 bal geri qalaraq ikinci yeri tutub.

Xəbər xətti