Bakıda intihara cəhd hadisəsi qeydə alınıb.“Report” xəbər verir ki, hadisə Neftçilər prospektində yerləşən Dənizkənarı Milli Parkda baş verib.Belə ki, Abşeron rayon sakini 1992-ci il təvəllüdlü Günay Əlizadə özünü dənizə ataraq intihara cəhd edib. O, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sudan çıxarılıb.