Rusiyalı tələbələrin təhsil almaq üçün Türkiyəyə getməsinə dair qadağa aradan qaldırılıb. Trend-in məlumatına görə, bu barədə “Hürriyət” qəzeti “Sputnik”ə istinadən xəbər verir.Rusiya Təhsil Nazirliyinin Beynəlxalq departamentinin direktoru Nikolay Toyvonen qeyd edib ki, bir müddət rusiyalı tələbələrin Türkiyəyə getməsi ilə bağlə bəzi məhdudiyyətlər var idi: “Bunun səbəbi onların təhlükəsizliyinə təminatın olmaması idi. Lakin turistlər üçün çarter uçuşlara icazə verildi. Buna görə də belə bir məhdudiyyət daha yoxdur”.